...

Azərbaycanın Peşəkar Futbol Liqası Premyer-Liqanın oyunlarını keçirməyə tam hazırdır - PFL-in pezidenti

Cəmiyyət Materials 8 Avqust 2008 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın Peşəkar Futbol Liqası (PFL) sabah start götürəcək Premyer-Liqanın oyunlarını keçirməyə tam hazırdır. "Premyer-Liqanı keçirməyə yüz faiz hazırıq. Keçən çempionatda olan problemlər bu dəfə təkrarlanmayacaq", - cümə günü Trend -a PFL-in prezidenti Ramin Musayev deyib.

Futbol üzrə Azərbaycan Premyer-Liqasının 2008-2009-cu il mövsümünün oyunları sabah başlayacaq. İlk turun birinci oyun günündə "Bakılı" - "Qarabağ", "Standard" - "Neftçi" və "Qəbələ" - NBC görüşləri keçiriləcək.

Azərbaycan Premyer-Liqasının sonuncu mövsümünün qalibi "İnter" klubu olub.

Musayev bildirib ki, çempionatda şəffaflığın təmin olunması üçün həm iştirakçı klubların rəhbərləri, həm də oyunları idarə edəcək hakimlərlə görüşlər keçirilib. "Biz klub rəhbərləri, hakimlərlə görüşərək, onlara bildirmişik ki, çempionatın təmiz, idman mübarizəsi şəraitində keçməsini istəyirik. Deyə bilərəm ki, hakimlərimiz Premyer-Liqa oyunlarına doxsan faiz hazırdırlar", - deyə PFL-in prezidenti əlavə edib.

Normal çempionatın təşkili üçün ciddi bir problem olmadığını deyən Musayev, oyunların keçiriləcəyi stadionların vəziyyətindən razı qaldığını bildirib: "Stadionlarımız oyunları qəbul etmək üçün doxsan faiz hazırdır. Sadəcə, bəzi stadionlarda kiçik problemlər var".

Azərbaycan Premyer-Liqasının 2008-2009-cu il mövsümündə 14 klub iştirak edəcək.

Premyer-Liqanın oyunlarından əvvəl klubların əvəzedici komandalarının görüşləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti