Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir R.Ergün/ Sentyabrın 6-da DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində səfərdə Uelslə görüşəcək Azərbaycan yığma komandasının heyətindən dörd futbolçu kənarlaşdırılıb. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
Mətbuat xidmətinin məlumatına görə, qapıçı Anar Nəzirov, müdafiəçilər Vladimir Levinlə Aleksandr Çertoqanov və hücumçu Xaqani Məmmədov Uelsə aparılan heyətdən çıxarılıb.
Bu futbolçuların yığma komandadan kənarlaşdırılmasının səbəbləri barədə məlumat verilmir.
Uels-Azərbaycan oyunu Kardiff şəhərindəki "Millenium" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.
Azərbaycan yığma komandasının üzvləri Uelsə bir neçə saat əvvəl yola düşüblər.
Azərbaycan yığmasının baş məşqçisi almaniyalı Berti Foqtsdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]