...

Bakının məktəbəqədər təhsil müəssisələrinin 13 əməkdaşı işdə buraxdığı nöqsanlara görə işdən azad edilib

Cəmiyyət Materials 10 Sentyabr 2008 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend müxbir C.Babayeva/ Bakının məktəbəqədər təhsil müəssisələrinin işində nöqsanlar aşkar edilən 13 əməkdaşı işdən azad edilib. Bu barədə çərşənbə günü paytaxtın təhsil işçilərinin konfransında Nailə Rzaquliyeva məlumat verib.

2007-2008-ci tədris ilində məktəbəqədər təhsil müəssisələrinin işçilərinə ciddi töhmət verilib.

Azərbaycanda 110 017 min uşağın tərbiyə olunduğu 1764 məktəbəqədər təhsil müəssisəsi var. Onlardan 1698-i Təhsil Nazirliyinin, qalanları isə şirkət, müəssisə, idarə və s. tabeliyindədir. Bundan əlavə, Bakıda üç özəl uşaq bağçası fəaliyyət göstərir.

"Bu məktəbəqədər təhsil müəssisələrində yaş rejiminin pozulması halları aşkar edilib. Məktəb yaşlı uşaqlar məktəbəqədər təhsil müəssisələrində tərbiyə alırdılar. Qida məhsullarının çatışmazlığı aşkarlanıb", - idarə rəhbəri bildirib.

Onun sözlərinə görə, bu nöqsanlar ciddidir və yeni tədris ilində belə nöqsanlara yol verilməməlidir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti