...

Sentyabrın 15-də Azərbaycanda Bilik Günü qeyd olunur

Cəmiyyət Materials 15 Sentyabr 2008 00:04 (UTC +04:00)
Sentyabrın 15-də Azərbaycanda Bilik Günü qeyd olunur

Azərbaycan, Bakı, 15 sentyabr / Trend müxbir C.Babayeva/ Azərbaycanda sentyabrın 15-i Bilik Günü kimi qeyd olunur.

Azərbaycan prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli sərəncamına əsasən ölkədə dərs ili sentyabrın 15-də başlayır. 2004-2005-ci tədris ilindən etibarən Azərbaycan məktəblərinin I-IV siniflərində beşgünlük dərs həftəsi tətbiq olunur.

Yeni 2008-2009-cu tədris ilində Azərbaycanın orta ümumtəhsil məktəblərinin birinci sinfinə 122 546 uşaq yollanacaq. Bu dərs ilindən başlayaraq birinci siniflərdə tədris milli kurikulum əsasında aparılacaq. Birinci siniflər üçün milli kurikulum əsasında hazırlanmış dərsliklər artıq respublikanın məktəblərinə çatdırılıb. Kurikulum əsasında dövlət hesabına birinci sinif şagirdləri üçün 13 adda dərslik, müəllimlər üçün 21 adda və şagirdlər üçün 15 adda iş dəftərləri nəşr olunub.

Təhsil naziri Misir Mərdanovun "Vahid məktəbli formasının tətbiqi haqqında" sərəncamına əsasən yeni dərs ilindən başlayaraq Azərbaycanın orta ümumtəhsil məktəbləri məcburi qaydada vahid məktəbli formasına keçəcək.

Azərbaycanda 170 min müəllimin çalışdığı 4525 orta ümumtəhsil məktəb fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: trend

Xəbər lenti

Xəbər lenti