Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Araz" futzal klubunun iştirak edəcəyi UEFA kubokunun elit mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi tarix məlum olub. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.
"Araz" UEFA kubokunun Bakıda keçirilən qrup oyunlarında maksimum nəticə göstərərək, elit mərhələyə vəsiqə qazanıb.
Püşkatma mərasimi sentyabrın 19-da, Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək.
"Araz" komandasının baş məşqçisi Böyükağa Hacıyevdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]