...

Futbol üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi "Qarabağ"dan təklif almadığını bildirib

Cəmiyyət Materials 2 Oktyabr 2008 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Şahin Diniyev "Qarabağ" klubundan təklif almadığını bildirib.

"Mənə "Qarabağ"ın rəhbərliyi tərəfindən heç bir təklif olmayıb. Hazırda bu komandanın baş məşqçisi var və buna görə də "Qarabağ"la bağlı nəsə demək mənə yaraşmaz", cümə axşamı Trend -a Diniyev deyib.

Trend -un arayışı: "Qarabağ" komandasının Azərbaycan Premyer-Liqasında uğursuz çıxış etməsindən sonra baş məşqçi Qurban Qurbanovun istefaya göndəriləcəyi barədə söz-söhbət yaranıb. Qurbanovu əvəzləməyə ən real namizəd kimi Diniyev göstərilir.

Azərbaycan yığmasının keçmiş baş məşqçisi bildirib ki, "Qarabağ" klubunun uğursuz çıxış etməsinin səbəbini bilmir.

"Qarabağ"ın Premyer-Liqada uğursuz çıxış etməsinin səbəbini bilmirəm. Bunun üçün komandanın içində olmaq lazımdır", - deyə Diniyev əlavə edib.

Diniyev 2001-2004-cü illər aralığında "Qarabağ"ın baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında Azərbaycan çempionatının bürünc medallarını qazanıb.

Hazırda hesabında yeddi xal olan "Qarabağ" Premyer-Liqada 8-ci pillədə yer alır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti