...

Bakıda MDU-nun filialının açılması tarixi əhəmiyyətli hadisədir - rektor Nərgiz Paşayeva (video)

Cəmiyyət Materials 4 Oktyabr 2008 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktyabr / Trend , S.Ağayeva/ Rektor Nərgiz Paşayeva Bakıda Moskva Dövlət Universitetinin (MDU) filialının açılmasını həm Azərbaycanda təhisl sahəsinin inkişafında, həm də Azərbaycan-Rusiya münasibətlərinin inkişafında tarixi əhəmiyyətli hadisə adlandırıb.

Paşayeva qeyd edib ki, Bakıda MDU-nun filialının aşılması ilə vətəndaş cəmiyyətində də yaxınlaşma müşahidə ediləcək. O, Azərbaycan prezidenti İlham Əliyevin filialın açılmasında göstərdiyi xüsusi xidmət və səylərini də qeyd edib.

їİlham Əliyev sübut etdi ki, hər bir Azərbaycan vətəndaşının prezidentidir. O, inkişaf etmiş yeni Azərbaycanın əvəzedilməz lideridirї, - Paşayeva bildirib.

MDU-nun Bakı filialının rektoru MDU-nun rəhbərliyinə də filialın açılmasında göstərdikləri köməyə görə təşəkkürünü bildirib.  

Paşayevanın sözlərinə görə, gələcək planlar universitetin binasının genişləndirilməsi, yeni tədris binasının tikilməsi və daha altı fakültənin açılmasından ibarətdir.

Xəbər lenti

Xəbər lenti