...

Naxçıvanda arvad ərindən polisə şikayət edib

Cəmiyyət Materials 7 Oktyabr 2008 11:15 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 07 oktyabr / Trend , müxbir E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon sakini həyat yoldaşından polisə şikayət verib.

Şikayətçinin qohumlarının Trend -a verdiyi məlumata görə, Günay Məmmədovanın ərizəsi əsasında həyat yoldaşı Camal Nəcəfov polis bölməsinə çağrılıb. Lakin Bakıda yaşayan Nəcəfovun əvəzinə atası polis bölməsinə gedib. Nəticədə oğlu gələnədək polis İmanqulu Nəcəfovu həbs edib.

Şikayətin ailə daxilindəki münaqişədən qaynaqlandığı bildirilir.

Şikayətçinin qohumlarının bildirdiyinə görə, üç ildir evli olan gənc ailədə yaranan narazılığın əsas səbəbi uşağın olmamasıdır.

Məlumata görə, Bakıda yaşayan gənc ailə bir neçə gün bundan əvvəl rayona qayıdıb və Günay Məmmədovanın qardaşları onun bir daha ər evinə getməsinə icazə verməyiblər. Bundan sonra qadının həyat yoldaşı onun qardaşlarına soyuq silahla hədə-qorxu gəlib. Hadisənin böyüyəcəyini görən Məmmədova isə ər evinə getməyə razılıq verib. Həmin günün sabahısı Nəcəfov yenidən Bakıya qayıdıb.

Qadının həyat yoldaşından şikayətindən sonra rayonun Yurdçu kənd sakini Camal Nəcəfov barəsində axtarış elan olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti