...

Futbol üzrə Azərbaycan yığması Avropa çempionatında böyük hesabla məğlub olub

Cəmiyyət Materials 9 Oktyabr 2008 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə 17 yaşlı qızlardan ibarət yığma komandası (U -17) Avropa çempionatının seçmə mərhələsində keçirdiyi ikinci oyunda böyük hesabla məğlub olub.

Avropa çempionatının İtaliyada təşkil olunan qrup oyunları çərçivəsində, Fransa yığması ilə qarşılaşan Azərbaycan komandası 0:6 hesabı ilə məğlub olub.

Oktyabrın 7-də keçirilən İtaliya - Azərbaycan görüşü də meydan sahiblərinin qələbəsi ilə başa çatmışdı - 3:1.

Azərbaycan yığması növbəti oyununu oktyabrın 12 - də İslandiyaya qarşı keçirəcək.

Komandanın baş məşqçisi Şamil Heydərovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti