...

Azərbaycan məhkəməsi narkotika qaçaqmalçılığında təqsirli bilinən İran vətəndaşını cəzalandırıb

Cəmiyyət Materials 13 Oktyabr 2008 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir K. Zərbalıyeva/

Azərbaycan məhkəməsi narkotik maddə qaçaqmalçılığında təqsirli bilinən İran vətəndaşını cəzalandırıb.

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə bazar ertəsi İran vətəndaşı Kalvandi Murtuza Əhmədə hökm oxunub.

O, bu il mayın 26 - da külli miqdarda narkotik maddə olan heroin satarkən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Kalvandiyə qarşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206) və qanunsuz olaraq narkotik maddə satma, saxlama, daşıma, hazırlama maddələri ilə cinayət işi açılıb.

Kalvandi Murtuza Əhməd məhkəmənin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəsmi məlumata görə, Azərbaycanda cəza çəkən əcnəbi məhkumların böyük qismini İran vətəndaşları təşkil edir. İranlı məhkumların əksəriyyəti isə, narkotika qaçaqmalçılığına görə cəzalandırılıblar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti