...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotika keçirən dəstənin məhkəməsi başlayıb

Cəmiyyət Materials 13 Oktyabr 2008 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir K. Zərbalıyeva/ İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotika keçirən dəstənin məhkəməsi başlayıb. Trend -a bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədən verilən məlumata görə, Sumqayıt şəhər sakinləri Nəbi Quliyev, Şadət Nəsibov, İran vətəndaşı Fərhad Karigər və başqalarından ibarət mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitə ї 8 kiloqram 426 qramdan artıq heroin və 86 kiloqrama yaxın həşiş Azərbaycan sərhədindəki gömrük nəzarətindən kənar keçirilərək, satış məqsədi ilə İrandan Azərbaycana gətirilib.

Bazar ertəsi keçirilən hazırlıq iclasında iş üzrə məhkəmə baxışının oktyabrın 17 - də keçirilməsi qərara alınıb.

2008 - ci il iyulun 31 - də Fərhad Karigər bir qrup şəxslə birlikdə 95 kiloqrama yaxın narkotik maddəni, Azərbaycan Dövlət Sərhəd Xidmətinin їNї saylı sərhəd dəstəsinin ərazisindən keçərək, Azərbaycan ərazisinə gətirib.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən hazırlanan və həyata keçirilən əməliyyat tədbirləri nəticəsində, Fərhad Karigər, Nəbi Quliyev və Şadət Nəsibov saxlanılıb və onların gizlətdikləri 95 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı MTN - in İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin dövlət sərhədini qanunsuz keçmə (318.2-ci), mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı (206.4 -cü), mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma (234.4.1 və 234.4.3 -cü) maddələri ilə cinayət işi başlanıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti