Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandası Portuqaliya ilə yoldaşlıq oyununu gələn ilin aprel ayının 1-də keçirə bilər. Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) saytına yığma komandanın almaniyalı baş məşqçisi Berti Foqts məlumat verib.
Baş məşqçinin verdiyi məlumata görə, Azərbaycan yığmasının Portuqaliya millisi ilə aprelin 1-də səfərdə görüşəcəyi gözlənilir.
Azərbaycan yığması Foqtsun rəhbərliyi altında Bosniya və Herseqovina, Andorra, İslandiya və İran komandaları ilə yoxlama oyunları keçirib.
Yığma komanda sabah növbəti yoldaşlıq oyununu səfərdə Bəhreyn millisinə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 20.15-də başlayacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]