...

Azərbaycanlı şahmatçılar Avropa kubokunda mübarizəyə başlayıblar

Cəmiyyət Materials 16 Oktyabr 2008 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir R.Ergün/ Bu gün Azərbaycanın üç şahmatçısı Yunanıstanda keçirilən Avropa kubokunda mübarizəyə başlayıb. Bu barədə Trend -a Azərbaycan Şahmat Federasiyasından (AŞF) məlumat veriblər.

Şahmat üzrə klublar arasında keçirilən Avropa kuboku yarışında Azərbaycandan Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov iştirak edirlər.

Rəcəbov Avropa kubokunda Rusiyanın "Ural", Məmmədyarov Makedoniyanın "Alkaloid", Həşimov isə, İsrailin "Aşdod" klubunun heyətində çıxış edir.

Avropa kuboku yarışında Maqnus Karlsen, Vladimir İvançuk, Qata Kamski kimi məşhur qrossmeysterlər də iştirak edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti