...

Bəzi futbolçuların baş məşqçidən narazı olması Azərbaycanın "Neftçi" klubundakı ab-havaya təsir edə bilməz – klubun vitse-prezidenti

Cəmiyyət Materials 17 Oktyabr 2008 12:57 (UTC +04:00)
Bəzi futbolçuların baş məşqçidən narazı olması Azərbaycanın "Neftçi" klubundakı ab-havaya təsir edə bilməz – klubun vitse-prezidenti

Azərbaycan, Bakı, 17 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Neftçi" futbol klubunun vitse-prezidenti İlqar Quluzadə hesab edir ki, bəzi futbolçuların baş məşqçidən narazılıq etməsi komanda daxilindəki ab-havaya heç cür təsir edə bilməz.

"Xəzər-Lənkəran"la oyundan əvvəl komandamızda əhval-ruhiyyə çox yaxşıdır. Bir-iki futbolçunun baş məşqçidən narazılıq etməsi də ab-havaya heç cür təsir edə bilməz", cümə günü Trend -a Quluzadə deyib.

Trend -un arayışı: "Neftçi" klubunun iki futbolçusu - Rəşad Sadiqov və Elnur Allahverdiyev almaniyalı baş məşqçi Hans Yurgen Gedenin onları əvəzedici komandada oynatmaq istəməsinə kəskin şəkildə etiraz ediblər. Hər iki futolçu tezliklə "Neftçi" klubundan ayrılmaq istədiklərini bildiriblər.

Vitse-prezident oktyabrın 19-da "Xəzər-Lənkəran"la keçirəcəkləri görüşdə qələbə qazanacaqlarına inandığını bildirib.

"Xəzər-Lənkəran"la oyuna bütün komandalarla oyunlara hazırlaşdığımız kimi hazırlaşmışıq. "Neftçi" bütün görüşlərə qələbə qazanmaq istəyi ilə çıxır. "Xəzər-Lənkəran"la oyunda da qələbə qazanmaq üçün mübarizə aparacağıq", - deyə Quluzadə əlavə edib.

"Neftçi" ilə "Xəzər-Lənkəran" arasındakı oyun Lənkərandakı 15 min azarkeş tutumu olan stadionda keçiriləcək. Azərbaycan Premyer-Liqasının 8-ci turu çərçivəsində keçiriləcək bu oyun çempionatın ən prinsipial oyunlarından hesab olunur.

Hazırda hesabında 18 xal olan "Xəzər-Lənkəran" turnir cədvəlində liderdir. Hesabında 9 xal olan "Neftçi" isə 8-ci pillədə yer alır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti