Azərbaycan, Bakı, 18 oktyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan Premyer -Liqasının ən prinsipial oyunu sayılan "Xəzər -Lənkəran" - "Neftçi" qarşılaşmasında təhlükəsizliyi 174 polis işçisi qoruyacaq. Bu barədə Trend - a Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat verib.
"Xəzər - Lənkəran" - "Neftçi" oyunu sabah Lənkərandakı 15 min azarkeş tutumu olan stadionda keçiriləcək və saat 18.00 - da başlayacaq.
Oyunun keçirildiyi stadiona Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları ilə yanaşı, "Xəzər - Lənkəran" klubunun təhlükəsizlik xidməti də nəzarət edəcək.
"Xəzər -Lənkəran" - "Neftçi" - nin oyunları Azərbaycan çempionatının ən prinsipial oyunları hesab olunur. Bu komandaların görüşlərini, adətən, 10 mindən çox azarkeş izləyir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]