...

"Bakı" - "Xəzər-Lənkəran" oyununda qələbə qazanan komanda çempionluq baxımından inamlı addım atacaq – türkiyəli baş məşqçi

Cəmiyyət Materials 23 Oktyabr 2008 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun türkiyəli baş məşqçisi Rasim Kara "Bakı" ilə görüşdə komandasının ardıcıl səkkizinci qələbəsini qazanacağına inanır.

"Bakı"yla oyun çox çətin olacaq. Rəqibin heyəti güclüdür. "Bakı"da yaxşı hücum etməyi, ötürmə verməyi bacaran futbolçular var. Amma biz bu görüşdə qələbə qazanmaqla, ardıcıl səkkizinci qələbəmizi rəsmiləşdirmək istəyirik", - cümə axşamı Trend -a Kara deyib.

"Xəzər-Lənkəran" Azərbaycan Premyer-Liqasında keçirdiyi ardıcıl yeddi oyunda qələbə qazanmaqla, dünyanın ən yaxşı komandasına çevrilib. Hazırda dünyanın 126 milli çempionatının göstəricilərinə görə, ən uzun qələbə seriyası "Xəzər-Lənkəran"a məxsusdur.

Azərbaycan Premyer-Liqasının 9-cu turu çərçivəsində "Xəzər-Lənkəran"la "Bakı" arasında oyun oktyabrın 26-da, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Baş məşqçi bildirib ki, "Bakı" - "Xəzər-Lənkəran" oyununda qələbə qazanan komanda çempionluq baxımından inamlı addım atacaq.

"Bakı" bizimlə oyunda qələbə qazanmaq istəyəcək. Amma biz də çempionluq uğrunda mübarizə aparırıq. Bu görüşdə qələbə qazanan tərəf həm turnir cədvəlinin liderinə çevriləcək, həm də çempionluq baxımından inamlı addım atacaq", - deyə Kara əlavə edib.

Hazırda Premyer-Liqanın lideri olan "Xəzər-Lənkəran"ın hesabında 21 xal var. "Bakı" isə 19 xalla ikinci pillədədir.

Kara bildirib ki, oyunun baş hakimi olacaq Anar Niyazovdan ədalətli hakimlik gözləyir: "Heç vaxt hakimlik barədə fikir bildirmək istəməmişəm. Amma arzu edirəm ki, Niyazov "Bakı" - "Xəzər-Lənkəran" oyununu səhvsiz idarə etsin".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti