...

ABŞ-ın Yayım İdarəetmə Şurası Azərbaycanı xarici radiostansiyaların yayımının bağlanmasına dair planlarına yenidən baxmağa çağırıb

Cəmiyyət Materials 1 Noyabr 2008 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 noyabr/ Trend , müxbir C.Babayeva/ ABŞ-ın Yayım İdarəetmə Şurası Azərbaycan Milli Televiziya və Radio Şurasını "BBC", "Azadlıq" və "Amerikanın səsi" radiostansiyalarının yayımının dayandırılmasına dair plana yenidən baxmağa çağırır.

"Nə Şura, nə də ABŞ-ın Azərbaycandakı səfirliyi yayım sahəsində Azərbaycan hakimiyyətinin planları ilə bağlı hələ ki, heç bir rəsmi xəbərdarlıq məktubu almayıb. Son iki ildə Bakının öz efirini idarə etməsində "həyəcanlı tendensiyalar" müşahidə olunur", - deyə ABŞ-ın Yayım İdarəetmə Şurası "Azərbaycanda KİV-in fəaliyyəti üzrə məhdudiyyətlər barədə" bəyanatında bildirib.

Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli cümə günü bildirib ki, 2009-cu ilin sonunadək Azərbaycan ərazisində "BBC", "Azadlıq" və "Amerikanın səsi" radiostansiyalarının birbaşa efirdə yayımlanması dayandırılacaq. "Cari ilin sonunda bütün xarici radiostansiyalar Azərbaycanda yayımlandıqları tezliklərdən məhrum ediləcək. Xarici radiostansiyalar peyk, İnternet və kabel şəbəkəsi vasitəsilə yayımlana bilərlər", - deyə Məhərrəmli bildirib.

Bəyanatda bildirilir ki, Azərbaycan hakimiyyəti nəzərdə tutulan dəyişiklikləri sadəcə ölkənin öz yanaşmasını Avropa və dünya standartlarına müvafiq həyata keçirməsi ilə izah edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti