Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın qadınlardan ibarət "Azərreyl" voleybol klubu CEV kubokunun 1/16 final mərhələsində keçirdiyi ilk oyunda məğlub olub.
Quba Olimpiya Kompleksində Hollandiyanın "Lonqa 59" komandası ilə görüşən Azərbaycan klubu 2:3 hesabı ilə uduzub.
"Azərreyl"lə "Lonqa 59" arasındakı cavab oyunu noyabrın 13-də, Hollandiyada keçiriləcək.
"Azərreyl"in baş məşqçisi Faiq Qarayevdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]