...

Azərbaycan gələcəkdə də ölkədə dini ayrı-seçkiliyin qarşısının alınması siyasətini həyata keçirəcək – nazir

Cəmiyyət Materials 5 Noyabr 2008 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycan gələcəkdə də ölkədə dini ayrı-seçkiliyin qarşısının alınması siyasətini həyata keçirəcək.

Gənclər və idman naziri Azad Rəhimov çərşənbə günü noyabrın 4-dən 8-dək Bakıda "İslamafobiya və dinə əsaslanan digər ayrı-seçkilik formaları: onun gənc nəsilə təsiri və gənclərin buna öz hərəkətləri ilə cavab verməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı Azərbaycan hökumətinin prioritetlərindən birinin dini ayrı-seçkiliyin qarşısının alınması və vətəndaşların dini azadlıqlarının təmin edilməsi istiqamətində fəaliyyətdən ibarət olduğunu bildirib.

Nazir bildirib ki, Azərbaycanda üstün din və ya konfessiya olmadığı üçün fobiya da yoxdur.

"Azərbaycanda bütün vətəndaşlar öz dinlərini azad şəkildə ifadə etmək imkanına malikdirlər, ölkədə bütün millətlərin və konfessiyaların nümayəndələri üçün bərabər hüquqlar yaradılıb", - deyə nazir bildirib.

Ölkədə təqribən 80 din və xalqın nümayəndələri yaşayır və onlar ictimai həyatda fəal iştirak edirlər.

Konfrans Avropa Şurası, Avropa Gənclər Forumu, ISESCO, İKT-nın Gənclər Forumu və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub. Burada 43 ölkənin 120 nümayəndəsi iştirak edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti