Azərbaycan, Bakı, 13 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qəbələ" futbol klubunda aşağı yaş qrupları üzrə komandaların koordinatoru olan türkiyəli mütəxəssis Ali Yavaş keçmiş klubu olan "Qalatasaray"ın futbolçuları ilə vidalaşıb.
"Qalatasaray" üçün hansı işləri gördümsə, "Qəbələ" klubu üçün də həmin işləri həyata keçirəcəyəm. Azərbaycan futbolu üçün yeni gənc futbolçular yetişdirəcəyik",- bu gün "Qalatasaray"ın bazasında klubun baş direktoru Adnan Sezgin, Türkiyənin məşhur futbolçuları Arda Turan, Sabri Sarıoğlu və Aydın Yılmazla görüşündə Yavaş deyib.
Bir müddət əvvəl Trend Xəbər Agentliyinin mətbuat zalında "Qəbələ" klubu rəhbərliyinin iştirakı ilə Yavaşın təqdimetmə mərasimi keçirilib.
"Qalatasaray"ın aparıcı üzvlərindən olan Arda, Yavaşın "Qəbələ" klubunda uğur qazanacağına inandığını bildirib.
"Artıq "Qəbələ" klubu bizim də ikinci komandamız sayılır. Biz hər zaman Ali Yavaşın yanındayıq", - deyə məşhur futbolçu əlavə edib.
Yavaş "Qalatasaray"dan ayrıldığı üçün, klub rəhbərliyindən incimədiyini bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]