Azərbaycan, Bakı, 14 noyabr / Trend Life , müxbir Eldar Hüseynzadə / Tanınmış Qətər telekanalı "Əl-Cəzirə" Azərbaycan barədə filmlərin çəkilməsində maraqlıdır. "Mən kanalın baş prodüseri Euqeni Ulman ilə tanış olanda, o, bizim ölkə haqqında yalnız burada neft hasil edildiyini və Dağlıq Qarabğ münaqişəsinin olduğunu bilirdi, - deyə Trend Life-a Azərbaycanın "Impergroup" teleşirkətinin prodüseri Fariz Əhmədov bildirib. - Lakin mən ona Azərbaycan muğamı, mədəniyyəti və tarixi barədə danışanda, onda bizim respublika haqqında filmlər çəkmək ideyası yarandı".
Odur ki, "Əl-Cəzirə" gələn il zəngin tarixə və mədəniyyətə malik, dünyada iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdən biri olan Azərbaycan barədə dərhal bir neçə sənədli filmlərin çəkilişinin aparılmasını planlaşdırıb.
Qətər rejissorları filmlərin hazırlanması zamanı "Impergroup" ilə əməkdaşlıq edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]