...

Azərbaycanın "Turan" klubunun keçmiş futbolçusu BFTSF-nın siyahısında mövqeyini qoruyub

Cəmiyyət Materials 15 Noyabr 2008 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Turan" klubunun keçmiş futbolçusu Nizami Sadıqov Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (BFTSF) "qapıçıların ən uzun quru seriyaları" siyahısında əvvəlki mövqeyini qoruyub.

"Turan" klubunun qapıçısı olmuş Sadıqov 1106 dəqiqə ərzində qapısından qol buraxmayıb. O, bu göstəriciyə görə, BFTSF-nın siyahısında əvvəlki - 19-cu pillədəki mövqeyini qoruyub.

"Bakı" klubunun Seneqaldan olan qapıçısı Xalidu Sissoko isə siyahıda 48-ci yeri tutub (985 dəqiqə).

Ümumlikdə, 660 dəqiqə ərzində qapısından qol buraxmayan futbolçuların siyahısında doqquz azərbaycanlı qapıçı var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti