Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Ədliyyə orqanlarının yaradılmasının 90 illiyi münasibətilə cümə axşamı Ədliyyə Nazirliyində Məhkəmə icraçıları xidmətinin yerli qurumları ilə tədbir keçirilib.
Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi, baş məhkəmə məmuru Xanlar Zeynalov ədliyyə sahəsində görülən tədbirlər, məhkəmə qərarlarının icrasının təmin olunması məqsədilə həyata keçirilən islahatlar barədə məlumat verib.
Tədbirin sonunda Bakının Binəqədi, Nərimanov, Sabunçu və Nizami rayon məhkəmə icraçıları şöbələrinə xidməti avtomobillər təqdim olunub.
Lənkəran, Masallı, Şamaxı, Şirvan rayon məhkəmə icraçıları qurumlarına, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin, Ağır Cinayətlərə Dair işlər üzrə Hərbi Məhkəmənin, Bakı və Sumqayıt Hərbi məhkəmələrinin, 1 və 2 saylı Bakı Yerli İqtisad məhkəmələrinin və digər məhkəmələrin məhkəmə nəzarətçiləri şöbələrinə kompyuter dəstləri verilib.
Toplantıda Bakı, Sumqayıt, Abşeron, Lənkəran, Şamaxı, Şirvan rayon məhkəmə icraçıları qurumlarının və Apellyasiya, İqtisad məhkəmələrinin məhkəmə nəzarətçiləri şöbələrinin əməkdaşları iştirak ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]