...

Yaponiya Azərbaycanda ali təhsil sisteminin inkişafına yardım edəcək

Cəmiyyət Materials 24 Noyabr 2008 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir C. Babayeva/ Yaponiya Azərbaycanda ali təhsil sisteminin inkişafına yardım edəcək.

"Tokio Dünya Bankının (DB) Azərbaycanda ali təhsil sisteminin inkişafına yardım layihəsinə dəstək verir. Yapon hökuməti 460 min dollar məbləğində vəsait ayırıb və DB Azərbaycanda ali təhsil sahəsində islahatlara dəstək üçün layihə hazırlayır", - bazar ertəsi DB - nin təhsil sahəsində ikinci layihəsinin meneceri Xuan Moreno Bakıda jurnalistlərə bildirib.

Azərbaycanın Təhsil Nazirliyi ilə Dünya Bankı arasında Bakıda 2003 - cü il sentyabrın 19 - da "Təhsil sektorunun inkişafı" layihəsi üçün kreditlə bağlı razılaşma imzalanıb. DB ilkin mərhələnin realizəsi üçün 18 milyon dollar ayırıb. İlkin mərhələ 2003 -2007- ci illəri əhatə edib, ikinci mərhələ 2007- 2010 - cu, üçüncü mərhələ 2010 -1013 - cü illərə hesablanıb. Cəmi 10 il ərzində layihənin reallaşması üçün bank 61 mln. dollar sərmayə qoymağa hazırdır.

Bu ilin sentyabrında "Təhsil sektorunun inkişafı" layihəsinin ikinci mərhələsinin realizəsi üçün kredit razılaşması imzalanıb.

Layihənin ümumi dəyəri 45,4 mln. dollardır, bunun 25 milyonu DB - nin, qalanı Azərbaycan tərəfinin öhdəsinə düşür.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti