...

Bakıda keçirilən hərbçi - boksçular arasında dünya çempionatının ilk yarımfinalçısı müəyyən edilib

Cəmiyyət Materials 25 Noyabr 2008 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbir R.Ergün/ Bakıda hərbçilər arasında keçirilən boks üzrə 52 - ci dünya çempionatında ilk yarımfinalçı müəyyən edilib.

51 kq çəki dərəcəsində mübarizə aparan hindistanlı Sinqx Surançoy Şri -Lankadan olan boksçu Kumara Cayanza Latizeyə qalib gələrək, 1/2 final mərhələsinə vəsiqə qazanıb.

Yarışlar davam edir. Günün sonunadək 6 çəki dərəcəsində 38 idmançı mübarizəyə qoşulacaq.

Dünya çempionatında Azərbaycanla yanaşı, 14 ölkənin boksçuları iştirak edir.

Yarışın ilk günündə azərbaycanlı idmançılardan yalnız Elşən İsmayılov qalib gələrək, növbəti mərhələyə vəsiqə qazanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti