...

Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Rusiyanın "Terek" klubu ilə anlaşıb

Cəmiyyət Materials 1 Dekabr 2008 10:31 (UTC +04:00)
Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Rusiyanın "Terek" klubu ilə anlaşıb

Azərbaycan, Bakı, 01 dekabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi Şahin Diniyev Rusiyanın "Terek" klubunun baş məşqçisi olacaq.

"Dünən Qroznıdan qayıtmışam. "Terek" rəhbərliyi ilə bütün məsələləri müzakirə edib, razılığa gəldik. Yeni mövsümdən bu klubda işləyəcəm", - bazar ertəsi Diniyev Trend -a bildirib.

Diniyev Azərbaycan yığma komandasının baş məşqçisi olub. 2007-ci ilin oktyabr ayında komanda Bakıda Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Serbiyaya 1:6 hesabı ilə uduzduqdan sonra istefa verib. Diniyev həmin vaxtdan işsiz qalmışdı.

Diniyev bildirib ki, 2009-cu ilin əvvəlində yenidən Qroznıya gedəcək.

"Yanvar ayının 2-də Qroznıya gedəcəm. Ayın 4-də müqavilə bağlayacağıq. Ən azı bir illik müqavilə imzalamaq istəyirəm", - deyə Diniyev əlavə edib.

Baş məşqçi bildirib ki, klub rəhbərliyi onun qarşısına güclü komanda yaratmaq vəzifəsi qoyub.

Diniyev əvvəllər Azərbaycının "Gəncə" və "Qarabağ" futbol klublarının baş məşqçisi olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti