...

Avropa Şurasının Baş katibi İSESCO-nun "Qızıl medal"ı ilə təltif edilib

Cəmiyyət Materials 2 Dekabr 2008 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Tren , müxbir N.Abdullayeva/ Avropa Şurasının Baş katibi Terri Devis mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına verdiyi böyük töhfəyə görə Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatının (İSESCO) "Qızıl medal"ı ilə təltif edilib.

Avropa Şurasının Baş katibinə medal çərşənbə axşamı Bakıda "Mədəniyyətlərarası dialoq: Avropa və onun qonşu regionlarında sülhün və davamlı inkişafın əsasıdır" mövzusunda keçirilən konfrans çərçivəsində İSESCO-nun Baş direktoru Abdüləziz Osman Əl-Tuveycri tərəfindən təqdim olunub.

"İSESCO-nun adından bəyan edilib ki, bu konfrans mədəniyyətlərarası məsələlərin müzakirəsi üçün çox yaxşı imkandır. Bu tədbir Qərb və Şərq mədəniyyətlərinin birləşdirilməsində körpü ola bilər. Konfrans bütün insanların cinsindən və dini etiqadından asılı olmayaraq bərabər olduğunu göstərir. Biz dünyanın bütün xalqlarını birliyə çağırırıq. Yalnız bu cür biz böyük inkişafa nail ola bilərik", - deyə konfransda Əl-Tuveycri bildirib.

İkigünlük konfransın işində 16 ölkə naziri, 18 ölkə nazir müavini, 19 dövlət isə müxtəlif səviyyələrdə təmsil olunur; görüşdə həmçinin Avropa Şurası, ALECSO, ISESCO və digər bu kimi 10 beynəlxalq təşkilatın rəhbərləri də iştirak edirlər. İlk dəfə olaraq Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin konfransına islam ölkələrinin nazirləri də dəvət olunub.

Konfrans üç seksiyada keçirilir - "Ağ kitabın müzakirəsi", "Mədəni-siyasi proqramlar və təşəbbüslər: yeni anlayışlar", "İrs və millidən universala doğru mədəniyyətlərası dialoq". Konfransın ikinci günündə Bakı bəyannaməsinin qəbulu gözlənilir. Sənəddə Avropa Şurasına üzv ölkələrin və islam dövlətlərinin mədəniyyət nazirləri üçün prioritet istiqamətlər əks olunacaq. Sənəddə mədəniyyətlərin təbliğatı, yaxınlaşdırılması və mübadiləsi də nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti