...

Azərbaycanın bəzi futbol klubları məni ələ almağa çalışır – Hakimlər Komitəsinin sədri

Cəmiyyət Materials 5 Dekabr 2008 14:44 (UTC +04:00)
Azərbaycanın bəzi futbol klubları məni ələ almağa çalışır – Hakimlər Komitəsinin sədri

Azərbaycan, Bakı, 05 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın (AFFA) Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov yaxın vaxtlarda işdən çıxarılacağı ilə bağlı xəbərlərin əsassız olduğunu bildirib.

"Mənim işdən çıxarılmağımla bağlı xəbərlərin heç bir əsası yoxdur. Fəaliyyətimdən heç kim narazı deyil", - Məmmədov cümə günü keçirdiyi mətbuat konfransında deyib.

Bir neçə gün əvvəl Məmmədovun 2009-cu ilin yanvar ayında HK-nın sədri vəzifəsindən çıxarılacağı ilə bağlı xəbərlər yayılıb. Onun yerinə HK-nın keçmiş sədri Əli Hüseynovun təyin olunacağı deyilir.

HK-nın sədri bəzi klubların rəhbərlərindən şikayət edib.

"Bəzi klublar məni ələ almağa çalışır. Amma bu mümkün deyil. İndi onların adlarını deməyəcəyəm. Ancaq belə davam etsə həmin adamların kimliyini mətbuata açıqlayacağam", - deyə Məmmədov əlavə edib.

Məmmədov hesab edir ki, azərbaycanlı hakimlərin səviyyəsi artıb.

"Bəzi adamlar qəbul etməsə də, Azərbaycan Premyer-Liqasının səviyyəsi artıb. Həmçinin hakimlərimizin də səviyyəsi yüksəlib", - o qeyd edib.

Məmmədov bildirib ki, Premyer-Liqanın birinci dövrəsinin ən yaxşı hakimi Anar Niyazov olub:

"Niyazovu Premyer-Liqanın əsas oyunlarına təyin etdiyimizə görə bizi tənqid edirlər. Amma o, təyinat aldığı bütün oyunları yüksək səviyyədə idarə edib. Mənim fikrimcə, Niyazov birinci dövrənin ən yaxşı hakimi olub".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti