...

Azərbaycanın ali  məktəblərində qış sessiyası imtahanları Təhsil Nazirliyinin ciddi nəzarəti altında olacaq – nazir

Cəmiyyət Materials 16 Dekabr 2008 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın ali təhsil məktəblərində (ATM) qış sessiyası imtahanlarına Təhsil Nazirliyi ciddi nəzarət edəcək.

"Təhsil Nazirliyi rüşvətxorluqla mübarizəni gücləndirib. İdarənin "qaynar xətti" qış sessiyası dövründə aktiv fəaliyyət göstərəcək", - təhsil naziri Misir Mərdanov çərşənbə axşamı jurnalistlərə bildirib.

Azərbaycanın ATM-də qış sessiyası yanvarın 5 - dən başlayır.

2007-ci ilin yanvarında Azərbaycanın təhsil naziri Misir Mərdanov ölkənin ATM və  orta ixtisas təhsili müəssisələrində qış sessiyası zamanı tələbələrin biliklərinin qiymətləndirilməsi şəffaflığının təmin edilməsi üzrə tədbirlərin realizəsi haqqında əmr imzalayıb.

Nazirin əmrinə əsasən, sessiya zamanı mümkün mənfi halların təcili nəzərdən keçirilməsi üçün nazirlikdə "qaynar xətt", ATM-də isə "Mərkəzi Operativ Qərargah" yaradılacaq.

Xəbər lenti

Xəbər lenti