...

Bəzi yerli ekspertlər Azərbaycanın təhsil sistemi haqqında şayiələr yayırlar– nazir

Cəmiyyət Materials 19 Dekabr 2008 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr/ Trend , müxbir C.Babayeva/ Bəzi yerli ekspertlər Azərbaycanın təhsil sistemi haqqında həqiqətə uyğun olmayan şayiələr yayırlar. Bu barədə cümə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

"Mən bu ekspertlərə müraciət edərək bildirirəm ki, təhsil haqqında hansısa fikri söyləməmişdən öncə, bu sistemlə yaxından tanış olsunlar", - deyə nazir bildirib.

Mərdanovun sözlərinə görə, Dünya Bankı və Soros Fondunun beynəlxalq eksperntləri Azərbaycanın təhsil sahəsində aparılan islahatları dəstəkləyirlər. "Buna görə bu təşkilatlarla birgə layihə və sazişlər ildən-ilə daha da artır", - deyə Mərdanov bildirib.

Nazir bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının son 10 ili əhatə edən hesabatında göstərilib ki, ali təhsil müəssisələrinə keçid balları minimum 100-150 bal artıb.

"Bu təhsil sahəsinin inkişafını göstərir. Təhsilin inkişafının hər bir nəticəsi arxasında faktlar və rqəmlər durur", - deyə Mərdanov bildirib.

Xəbər lenti

Xəbər lenti