...

Konstitutsiya Məhkəməsi Konstitutsiyaya dəyişikliklərlə bağlı Referendum Aktına baxılacaq tarixi müəyyənləşdirib

Cəmiyyət Materials 22 Dekabr 2008 15:44 (UTC +04:00)
Konstitutsiya Məhkəməsi Konstitutsiyaya dəyişikliklərlə bağlı Referendum Aktına baxılacaq tarixi müəyyənləşdirib

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir K. Zərbalıyeva/  Konstitutsiya Məhkəməsinin Plenumu  dekabrın 24 - də "Azərbaycan Respublikasının Konstitutsiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsi ilə bağlı məsələyə baxacaq, - bazar ertəsi Trend -a Konstitutsiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan parlamenti cümə günü Konstitusiyada bir şəxsin iki dəfədən artıq təkrar prezident seçilməsinə qoyulan məhdudiyyəti ləğv edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları daimi komissiyaları cümə axşamı keçirdikləri birgə iclasda "Konstitusiyaya əlavə və dəyişikliklər haqqında Referendum Aktını" qəbul edərək, onu Parlamentin iclasına təqdim ediblər. Spiker Oqtay Əsədovun təşəbbüsü ilə parlament Azərbaycan Respublikası Konstitusiyasından 101- ci maddənin 5 - ci bəndini ləğv edib. Bu bəndə əsasən, bir ölkə vətəndaşı dövlət başçsı postuna ardıcıl olaraq iki dəfədən artq təkrarən seçilə bilməzdi.

Onun əvəzinə, ölkə müharibə şəraitində olduğu təqdirdə, prezident seçkiləri müddətinin uzadılmasını nəzərdə tutan bənd daxil edilib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bir şəxsin iki dəfədən artıq prezident seçkilməsi ilə bağlı tətbiq edilən məhdudiyyətin ləğv edilməsi üçün referendumun keçirilməsi təklifi ilə çıxış edib. Parlamentdə təmsil olunan bir neçə siyasi partiya, ictimai təşkilatlar və ziyalılar bu təklifi dəstəkləyiblər.

Prezidentin səlahiyyət müddəti beş ildir. Azərbaycan Konstitusiyası 1995 - ci ildə qəbul olunub, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Konstitusiyaya digər dəyişikliklər 108 -ci maddə - əvvələr Azərbaycan prezidenti seçilmiş şəxslərin hüquqları və onların statusu; Milli Bankın Mərkəzi Bank, Prezidentin İcra Aparatının Prezident Administarsiyası adlandrılması ilə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (Maddə 152).

AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya Azərbaycan prezidenti tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti