...

Azərbaycanın idman sahəsinə ayrılan vəsait artırılacaq - nazir

Cəmiyyət Materials 23 Dekabr 2008 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir R.Ergün/  Azərbaycanın idman sahəsinə 2009 - cu ildə doqquz milyon manatdan çox pul vəsaiti ayrılacaq.

"2008-ci ildə idmana 6 milyon 200 min manat ayrılıb. Olimpiadaya hazırlıq üçün üç milyon manat ayrılmışdı. Bu vəsait həddən artıq çox idi. Biz bu pulu xərcləyib qurtara bilmirdik", - deyə çərşənbə axşamı idman və gənclər sahəsində ilin yekunlarına həsr olunmuş mətbuat konfransında gənclər və idman naziri  Azad Rəhimov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan idmançıları 2008 - ci ildə Olimpiya və qeyri-olimpiada idman növləri üzrə 550 medal qazanıblar. "Ötən il isə 452 medal qazanılıb. Pekin Yay Olimpiya oyunlarında idmançılarımız bir qızıl, iki gümüş, dörd bürünc medal əldə ediblər",- Rəhimov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti