...

Gürcüstan azərbaycanlıları doğma dillərinə regional statusun verilməsini istəyirlər

Cəmiyyət Materials 29 Dekabr 2008 15:51 (UTC +04:00)
Gürcüstan azərbaycanlıları doğma dillərinə regional statusun verilməsini istəyirlər

Azərbaycan, Bakı, 29 dekabr/ Trend , müxbir C.Babayeva/ Gurcustan az?rbaycanl?lar? dogma dill?rin? regional statusun verilm?sini ist?yirl?r.

"Azərbaycan dilinə regional status verilərsə, Gürcüstanda yaşayan azərbaycanlıların əksər problemləri həll oluna bilər", - Gürcüstan azərbaycanlılarının "Qeyrət" xalq hərəkatının sədri Əlibala Əsgərov Tbilisidən telefonla Trend -a bildirib.

Qeyri - rəsmi məlumatlara görə, Gürcüstanda, əsasən, Kvemo-Kartli rayonunda (Borçalı) təxminən 500 min azərbaycanlı yaşayır.

Gürcüstan azərbaycanlıları dövlət dilinin öyrənilməsi, doğma dildə təhsil, torpaq sahələrinin alınması və onlara dövlət orqanlarında  yüksək vəzifələrin verilməsi ilə bağlı problemlərdən şikayətlənirlər.

Gürcüstan azərbaycanlıları ölkə dövlətçiliyinin əleyhinə deyillər, - Əsgərov deyib. "Biz Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir və dövlət dilinə hörmət edirik. Gürcü dilini öyrənmək - Gürcüstan azərbaycanlılarının borcudur. Lakin bunun üçün məhdud imkanlarımız var, milli azlıqların gürcü dilini öyrənməsi üzrə dövlət proqramı yoxdur", - hərəkatın sədri vyrğulayıb.

Onun sözlərinə görə, Gürcüstan hökuməti dövlət dilinin öyrənilməsini tələb kimi irəli sürür. "Təbii ki, hər hansı bir tələb qəti şəkildə irəli sürülürsə, çox qıcıqlandırıcı qəbul olunur", - Əsgərov deyib.

Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Əli Babayev də doğma dilə regional status verilməsini çox vacib hesab edir. "Beynəlxalq hüquqa əsasən, ölkə əhalisinin az hissəsini təşkil etməyən milli azlıqların doğma dilləri üçün regional status tələb etmək hüququ var", - Babayev bazar ertəsi Tbilisidən telefonla Trend -a bildirib.

Azərbaycan dilinə regional status verildiyi təqdirdə ölkəni tərk edən azərbaycanlıların sayı azala bilər, - GAK-ın sədri deyib.

Gürcüstan azərbaycanlıları ilk növbədə doğma dil, din və ənənələrini saxlamalıdırlar, - Babayev qeyd edib. "Dövlət dili bizə gürcü cəmiyyətinə inteqrasiya üçün lazımdır. Lakin Gürcüstanın Azərbaycan məktəblərində həftə ərzində ikisaatlıq dərslə gürcü dilini öyrənmək mümkün deyil", - o qeyd edib.

Statistikaya əsasən, Gürcüstan əhalisinin əsas hissəsi (təxminən 70 faiz) gürcülərdir. Budan başqa, Gürcüstanda ermənilər (380 min), azərbaycanlılar (350 min), ruslar (207 min), osetinlər (150 min), abxazlar (100 min), yunanlar (80 min), kürdlər, aysorilər, udinlər, avarlar, kistlər yaşayır.

Gürcüstan prezidenti ötən həftə İctimai Kanalın "Moambe" televiziya informasiya proqramında çıxış edib. O, ölkənin etnik azlıqlarına gürcü dilini öyrənməkdə kömək vəd edib.

Prezident bildirib ki, Gürcüstan hökuməti etnik azlıqların gürcü dilini öyrənməsi üçün əlavə tədbirlər görəcək. Gürcüstan liderinin sözlərinə görə, bu onların inteqrasiya prosesinə kömək edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti