...

Azərbaycanda Mətbuata Dəstək Fondunun yaradılması yekunlaşıb

Cəmiyyət Materials 16 Yanvar 2009 10:57 (UTC +04:00)
Azərbaycanda Mətbuata Dəstək Fondunun yaradılması yekunlaşıb

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir C.Babayeva/ Azərbaycanda Mətbuata Dəstək Fondunun yaradılması yekunlaşmaq üzrədir və bu günlərdə sənədlər prezidentə təqdim olunacaq.

"Mətbuata Dəstək Fondu mətbuata dövlət dəstəyi konsepsiyasının müddəalarına müvafiq olaraq fəaliyyətə başlayacaq", - cümə günü Trend -a Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Trend -un arayışı: Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanlarının iqtisadi çətinliyinin aradan qaldırılması üçün Mətbuat Şurası KİV-lərə Dəstək Fondunun yaradılması təklifi ilə çıxış edib. Azərbaycan prezidenti keçən ilin iyulun sonunda KİV-lərin inkişafına dövlət dəstəyi konsepsiyanın təsdiqinə dair sərəncam imzalayıb.

Həsənov bildirib ki, mətbuata dəstək konsepsiyası reket jurnalistikasına dəstəyi qətiyyən nəzərdə tutmur. "Konsepsiya adını mətbuat qoyub qeyri-qanuni fəaliyyətlə məşğul olan KİV-ləri əhatəsinə almayacaq. Azərbaycanda insanların informasiya təminatını həyata keçirən, cəmiyyətin siyasi plüralizm və çoxfikirlilik funksiyasını ödəyə bilən mətbuata dəstək nəzərdə tutulur. Burada konkret olaraq kiməsə pul paylamaqdan söhbət getmir. Mətbuatın inkişafına yardım konseptual həyata keçiriləcək, mətbuatın inkişafına yardım göstərə biləcək orqanlara dəstək veriləcək", - şöbə müdiri deyib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti