...

Azərbaycanın "Qarabağ" klubu Albaniya millisinin futbolçusu ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 19 Yanvar 2009 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" klubu Albaniya milli komandasının futbolçusu Admir Teli ilə 6 illik müqavilə bağlayıb. Bu barədə Trend -a klubun mətbuat xidməti məlumat verib.

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu "Qarabağ"dan əvvəl Türkiyənin "Hacettepe" klubunda çıxış edib. 27 yaşlı futbolçu "Hacettepe"nin cari mövsümdə Türkiyə Super Liqasında keçirdiyi bütün oyunlarda iştirak edib.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdur.

Ağdamı təmsil edən komanda Azərbaycan Premyer-Liqasında 7-ci yerdədir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti