...

Azərbaycanın "Bakı" futbol klubunun rəqibləri məlum olub

Cəmiyyət Materials 21 Yanvar 2009 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" futbol klubunun Türkiyənin Antalya şəhərində keçirəcəyi təlim-məşq toplanışında yoxlama oyunlarında qarşılaşacağı komandaların adları məlum olub. Bu barədə Trend -a klubun mətbuat xidməti məlumat verib.

"Bakı" komandası bu gün Türkiyənin "Hacettepe" klubu ilə görüşəcək.

Azərbaycan klubu yanvarın 24-də "Vaduts" (Lixtenşteyn), 26-da "Şinnik" (Rusiya), fevralın 1-də "Karlsberq" (Avstriya), 2-də "Botev" (Bolqarıstan), 3-də isə "Darri-Siti" (İrlandiya) qarşılaşacaq.

"Bakı" Antalyadakı təlim-məşq toplanışını fevralın 4-də başa çatdıracaq.

Komandanın baş məşqçisi makedoniyalı Qyoko Hacievskidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti