...

Futbol üzrə Azərbaycan millisinin təlim-məşq toplanışının müddəti artırılıb

Cəmiyyət Materials 23 Yanvar 2009 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın 15 yaşlı futbolçulardan ibarət milli komandasının təlim-məşq toplanışının müddəti artırılıb. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Əvvəlcə Azərbaycan millisinin təlim-məşq toplanışının fevral ayının 2-dən 6-dək olacağı nəzərdə tutulsa da, bu müddət fevralın 13-dək artırılıb.

Azərbaycan millisinin futbolçuları toplanış müddətində AFFA-nın Futbol Akademiyasında məskunlaşacaqlar və Olimpiya Yığma Komandalarının Təlim-Məşq Mərkəzində hazırlıq keçəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti