...

Konstitusiya Məhkəmələrinin Dünya Forumu keçirilib

Cəmiyyət Materials 28 Yanvar 2009 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir  K.Zərbalıyeva/ Konstitusiya Məhkəmələrinin Dünya Forumunda milli məhkəmələr arasında məlumat mübadiləsinin genişləndirilməsi zəruri hesab olunub.

Konstitutsiya Məhkəməsinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, yanvarın 21-24-də Keyptaun şəhərində AŞ-nin Venesiya Komissiyası ilə Cənubi Afrika Respublikasının Kinstitusiya Məhkəməsinin təşkil etdiyi "Konstitusiya ədalət mühakiməsinin cəmiyyətin inkişafına təsiri" mövzusunda  keçirilən Forumda bəyannəmə qəbul edilib.

Bəyannamədə ölkə konstitusiyalarında təsbit edilmiş dəyərlərin müdafiəsində KM-lərin xüsusi rolu vurğulanıb.

"İnsan hüquq və azadlıqlarının qorunması məqsədilə Konstitusiya nəzarəti orqanları əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində KM-nin hakimləri oxşar işlərə baxarkən öz xarici həmkarlarının təcrübəsini ümumiləşdirərək müvafiq məhkəmə praktikasını tətbiq edirlər", - deyə bəyannamədə vurğulanır.

Tədbirdə Azərbaycanın Konstitutsiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti