...

Azərbaycan futbolçuları Misirdə təlim-məşq toplanışında iştirak edəcəklər

Cəmiyyət Materials 9 Fevral 2009 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir R.Ergünü/ Azərbaycan futbolçuları Misirdə təlim-məşq toplanışında iştirak edəcəklər.

Azərbaycan Milli Olimpiya Komitəsi ilə Misir Olimpiya Komitəsi arasında mövcud olan qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadənin rəhbərliyi ilə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının məşqçisi Baba Əsgərov, həmçinin komandanın 4 üzvü - Elgiz Kərəmli, Nicat Qurbanov, Hacı Əhmədov və Nuran Qurbanov Misirə təlim-məşq toplanışına gediblər, bazar ertəsi Trend -a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Hazırlıq prosesi Misirin Olimpiya Yığma Komandalarının tərkibində həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti