...

Azərbaycanın futbol yığmasının rəqibləri yoxlama oyunlarında məğlub olublar

Cəmiyyət Materials 12 Fevral 2009 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının DÇ-2010-nun seçmə mərhələsində rəqibləri olan komandalar dünən keçirilən yoxlama oyunlarında məğlub olublar.

Trend -un verdiyi xəbərə görə, seçmə mərhələdə Azərbaycanla eyni qrupda olan Lixtenşteyn İslandiya ilə (0:2), Almaniya Norveçlə (0:1), Finlandiya Portuqaliya ilə (0:1), Uels isə Polşa ilə (0:1) yoxlama görüşündə məğlub olub.

Seçmə mərhələdə Azərbaycan millisinin digər rəqibi olan Rusiya yığması dünən yoxlama oyunu keçirməyib.

Azərbaycan yığmasının dünən Küveytlə keçirdiyi yoxlama oyunu isə heç-heçə (1:1) başa çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti