Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir R.Ergün/ "Bakı" futbol klubunun vitse-prezidenti Zeynal Məmmədov Azərbaycan Premyer-Liqasının 15-ci turunda rəqibləri olacaq "Neftçi" komandasının "Standard"la oyunda elə də yaxşı təsir bağışlamadığını bildirib.
"Neftçi"də birinci dövrə ilə müqayisədə xeyli dəyişikliklər var. Buna baxmayaraq, hesab edirəm ki, sabah görüşəcəyimiz bu komanda "Standard"la oyunda elə də yaxşı təsir bağışlamadı", - cümə günü Trend -a Məmmədov deyib.
"Bakı" ilə "Neftçi" arasında oyun sabah, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
"Neftçi" 14-cü turda "Standard" komandası ilə görüşərək, 2:1 hesabı ilə qələbə qazanıb.
"Bakı" klubunun virse-prezidenti bildirib ki, çempion olmaq üçün "Neftçi" ilə oyunda qələbə qazanmaq vacibdir.
"Neftçi" ilə görüşdə qələbə qazanıb, çempionluq uğrunda mübarizəmizi davam etdirməliyik. Xal itkisi komandamızın turnir cədvəlindəki mövqeyinə ciddi təsir edə bilər", - deyə Məmmədov əlavə edib.
"Bakı" Prmeyer-Liqanın 14 turundan sonra 32 xalla 2-ci yerdədir.
"Neftçi" isə keçirdiyi 14 oyundan sonra 16 xalla 9-cu yeri tutur.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]