...

Futbol üzrə Azərbaycan yığması Gürcüstan millisi ilə heç-heçə edib

Cəmiyyət Materials 26 Fevral 2009 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend News, müxbir R.Ergün / Futbol üzrə 17 yaşlılardan ibarət Azərbaycan yığma komandası bu gün Gürcüstan millisi ilə keçirdiyi yoxlama oyununda heç-heçə edib. Bu barədə cümə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan yığması ilə Gürcüstan komandası arasında oyun Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilib. Görüş 0:0 hesabı ilə başa çatıb.

Azərbaycanın 17 yaşlılardan ibarət millisinin baş məşqçisi almaniyalı Bernhard Lippertdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti