...

Azərbaycanda amnistiya tətbiq olunacaq məhkumlar arasında dörd jurnalist də var - Penitensiar Xidmətin rəis müavini

Cəmiyyət Materials 18 Mart 2009 11:28 (UTC +04:00)
Azərbaycanda amnistiya tətbiq olunacaq məhkumlar arasında dörd jurnalist də var - Penitensiar Xidmətin rəis müavini

Azərbaycan, Bakı, 18 mart  / Trend , müxbir K.Zərbaliyeva /  

Aminsitiya tətbiq olunacaq məhkumlar arasında dörd jurnalist də var, Trend -un məlumatına görə, bu barədə çərşənbə günü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov jurnalistlərə bildirib.

Əlixanov həmin jurnalistlərin kimliyi barədə məlumatsız olduğunu deyib.

Amnistiya aktının icrası və referendumu izləmək məqsədi ilə bir qrup mətbuat nümayəndələri, Ombudsman, Penitensiar Xidmətin əməkdaşları cəzaçəkmə müəssisələrində olublar.

Rəis müavini bildirib ki, sonuncu Amnistiya Aktı nəzərə alınmasa, 1995-ci ildən indiyə qədər 8 Amnistiya Aktı 80 minə yaxın məhkuma şamil olunub. Onlardan 39 mindən artıq məhkum azadlığa buraxılıb. Sonuncu Amnistiya Aktının 9 minə yaxın məhkuma şamil olunması nəzərdə tutulub ki, onlardan da 1700-ü  azadlığa buraxılacaq.

Çərşənbə günü 1 saylı cəzaçəkmə müəssisəsində 5 məhkuma amnistiya tətbiq olunaraq azadlığa buraxılıb.

Milli Məclis çərşənbə axşamı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən təqdim edilən doqquz min məhbusa aid ediləcək "Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında" qanun layihəsini qəbul edib. Layihə 1700 məhbusun azadlığa buraxılmasını nəzərdə tutur.

Əvvəllər parlament Mehriban Əliyeva tərəfindən 2007-ci ilin mayında "Amnistiya Aktı haqqında" qanun layihəsini qəbul edib. Həmin qanun layihəsi doqquz min məhbusa aid edilmiş, onlardan 1500 nəfəri cəzaçəkmədən azad edilmişdi.

1994-cü ildən indiyədək imzalanan 45 əfv fərmanı ilə 4858 nəfər cəzaçəkmədən azad edilib. Bu fərmanların 32-si ümummilli lider Heydər Əliyev, 13-ü prezident İlham Əliyev tərəfindən imzalanıb.

Xəbər lenti

Xəbər lenti