...

Azərbaycanın İctimai Televiziyasına yeni baş direktor seçilib

Cəmiyyət Materials 16 Aprel 2009 12:40 (UTC +04:00)

Аzərbaycan, Bakı, 16 aprel / Trend , müxbir C.Babayeva / Azərbaycanın İctimai Televiziyasının (İTV) baş direktoru İsmayıl Ömərov cümə axşamı vəzifəsinə yenidən seçilib.  

İTV-nin baş direktoru vəzifəsinə üç namizəd - İTV-nin baş direktoru İsmayıl Ömərov, ATV telekanalının xəbərlər redaktoru Bəhruz Məhərrəmov və İTV-də "Carçı" verilişinin direktoru Azad Məmmədov iddialı idi. Bəhruz Məhərrəmov aprelin 14-də namizədliyini geri götürüb.

Azərbaycanın İctimai Televiziyası 2005-ci ilin avqustunda yaradılıb. İTV-nin baş direktorunun səlahiyyət müddəti 4 ildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti