...

Azərbaycanda yaradılacaq zooloji parkın nəsli kəsilməkdə olan canlıların çoxaldılmasında əhəmiyyəti olacaq - nazir

Cəmiyyət Materials 24 Aprel 2009 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir C.Babayeva / 

Azərbaycanda yaradılacaq zooloji parkın nəsli kəsilməkdə olan canlıların çoxaldaraq təbiətə qaytarılmasında əhəmiyyəti olacaq.

"Zooloji parkın böyük elmi əhəmiyyəti olacaq. Ümid edirik ki, bu parkın nəsli kəsilməkdə olan canlıların çoxaldılaraq təbiətə qaytarılmasında əhəmiyyəti olacaq. Azərbaycanda belə heyvanların sayı çoxdur", - Trend -un məlumatına görə, cümə günü ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mətbuat konfransında deyib.

Bağırov  deyib ki, zooloji parkın yaradılması ilə bağlı işlər aparılır. "Ərazi müəyyənləşdirilib, tender elan olunub. Parkın 230 hektar sahədə yaradılması nəzərdə tutulub. Parkda əsasən Orta Asiya, Qafqaz, Avrasiyadan olan unikal canlılar olacaq." o deyib.

Nazirin sözlərinə görə, mövcud heyvanxanadan fərqli olaraq, zooloji parkda böyük heyvanlar yarım sərbəst şəraitdə olacaq. 

Bağırov bildirib ki, zooloji parkın yaradılması ilə bağlı layihə 10-14 ay ərzində hazırlanacaq. "Zooloji parkın ətraf mühitə qayğı, uşaqların tərbiyəsi və elmi tədqiqatların aparılması üçün böyük əhəmiyyəti olacaq", - nazir deyib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti