...

Məhkəmə İcraçıları Baş İdarəsi tərəfindən 2600 şəxsə amnistiya tətbiq olunub

Cəmiyyət Materials 8 May 2009 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir K.Zərbalıyeva /

Məhkəmə İcraçıları Baş İdarəsi tərəfindən Azərbaycanda Novruz bayramı ilə əlaqədar qəbul olunmuş Amnistiya Aktı indiyədək 2600 şəxsə tətbiq olunub.

Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi Xanlar Zeynalov cümə günü Trend -a bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən islah və ictimai işlər, şərti azadlıqdan məhrum etmə və cərimə cəzalarına məhkum olan şəxslərə Amnistiya Aktının tətbiqi həyata keçirirlir.

Trend -un arayışı:  Milli Məclis martın 17-də Mehriban Əliyeva tərəfindən təqdim edilən "Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında" Qanun layihəsini qəbul edib.

Ümumilikdə qeyd olunan cəzalara məhkum olunmuş şəxslərdən 5056-na amnistiya tətbiq olunacaq.

Zeynalov deyib ki, idarənin yerli qurumları tərəfindən amnistiya tətbiq olunacaq bütün şəxslər barəsində prokurorluğa və məhkəməyə qərarlar, təqdimatlar göndərilib.

İdarə rəisi bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən Amnistiya Aktının icrası bu ay müddətində başa çatdırılacaq.

Trend -un arayışı:  1995-ci ildən indiyə qədər 8 Amnistiya Aktı qəbul olunub və bu, 80 minə yaxın məhkuma şamil olunub. Onlardan 39 mindən artıq məhkum azadlığa buraxılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti