Azərbaycan, Bakı, 08 may / Trend , müxbir K.Zərbalıyeva /
Ümummilli lider Heydər Əliyevin xatirəsinə hər olunmuş şahmat üzrə "Prezident kuboku" uğrunda yarışın üçüncü turundan sonra Azərbaycan yığması Dünya yığmasında 2 xal fərqi ilə geridədir.
Bugünkü oyunun nəticələri belədir:
Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov - 0,5:0,5
Vüqar Həşimov - Sergey Karyakin (Ukrayna) - 0,5:0,5
Aleksey Şirov (İspaniya) - Teymur Rəcəbov - 0,5:0,5
Qədir Hüseynov - Vladimir Kramnik (Rusiya) - 0:1
Üç turdan sonra milli komandamız dünya yığmasına 5:7 hesabı ilə məğlub olur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]