...

Ombudsman əsir götürülmüş Azərbaycan hərbçisinin qaytarılması ilə bağlı BQXK-ya müraciət edib

Cəmiyyət Materials 13 May 2009 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Ombudsmanı mayın 10-da ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan Silahlı Qüvvələri hərbçisinin geri qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin başçısına müraciət edib.

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu Anar Hacıyev mayın 10-da Füzuli cəbhəsində əsir götürülüb.

Goranboy Rayon Hərbi Komissarlığından ötən il hərbi xidmətə çağırılan Hacıyevin hansı şəraitdə əsir götürüldüyü hələlik məlum deyil.

Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, Ombudsman Elmira SüleymanovaTon Vandenhova müraciətində Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsiilə əsirin geri qaytarılacağına ümid bəslədiyini vurğulayıb.

Süleymanova Vandenhovdan əsir Hacıyevin əsirlikdə olduğu müddətdə onun işgəncə və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzaya, hər-hansı bir zorakılığa məruz qalmamasının təmin edilməsində və regional nümayəndəliklər vasitəsilə onun vəziyyətinin nəzarətdə saxlanılmasında və mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında yardımçı olmasını xahiş edib.

"Erməni Silahlı Qüvvələri tərəfindən müntəzəm şəkildə Azərbaycan hərbi qulluqçularının və mülki şəxslərin əsir və girov götürülməsi cəmiyyətdə böyük narahatlıq doğurur", - deyə Süleymanova vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti