...

Azərbaycanda futbolun kütləviləşdirilməsi məqsədilə "Azərbaycan Futbolunun Fanatları" qrupu yaradılıb

Cəmiyyət Materials 14 May 2009 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanda futbolun inkişafı və kütləviləşdirilməsi məqsədilə "İRƏLİ" İctimai Birliyi tərəfindən "Azərbaycan Futbolunun Fanatları" qrupu yaradılıb.

"İRƏLİ" İctimai Birliyinin sədri Ceyhun Osmanlı və Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) baş katibi Elxan Məmmədov arasında keçirilmiş görüşdə AFFA və "İRƏLİ"nin əməkdaşlığı ilə bağlı razılıq əldə olunub. Azərbaycanda futbolu inkişaf etdirmək və kütləviləşdirmək, onu milli ideyaya çevirmək, uşaqlar, yeniyetmələr və gənclər arasında futbolun populyarlığını daha da artırmaq start veriləcək layihənin əsas istiqamətlərindəndir, cümə axşamı Trend -a birliyin mətbuat xidmətindən məlumat verilib.

Razılaşmaya əsasən futbolun Azərbaycanda daha da geniş yayılması və populyarlaşması istiqamətində işlərə start veriləcək. Bu layihə çərçivəsində Azərbaycanda azarkeş mədəniyyətinin inkişaf etdirilməsi, azərbaycanlı və xarici azarkeşlər arasında oyun öncələri mədəni tədbirlərin təşkili də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti