...

Azərbaycan orta məktəblərinin 2008-2009-cu tədris ilində 112 549 məzunu olacaq

Cəmiyyət Materials 19 May 2009 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir C.Babayeva /  2008-2009-cu tədris ilində Azərbaycanın orta məktəblərinin XI sinfini 112 549 şagird bitirəcək, çərşənbə axşamı Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilib.  

Bu il orta məktəb məzunlarının sayı ötən ilkindən 4986 şagird azdır. Ötən il Azərbaycan məktəblərini 117 535 şagird bitirib.

Təhsil Nazirliyi gələn 2009-2010-cu dərs ilində I sinif şagirdlərinin sayının 125 114 nəfər olacağını  proqnozlaşdırır. 2008-2009-cu tədris ilində təhsil müəssisələrinin I sinfinə 119 600 şagird qəbul olunub.

Bu il Təhsil Nazirliyinin tabeliyində olan ali məktəbləri isə 20092 bakalavr, 2564 magistr başa vuracaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti